Bakı · NFC rəy sistemi

Bir toxunuş,
bir Google rəyi

Müştəri telefonunu karta yaxınlaşdırır, rəy pəncərəsi dərhal açılır. Axtarış yoxdur, link göndərmək yoxdur, izahat yoxdur. Google, otel və restoranlar üçün isə Tripadvisor.

  • Öz loqonuzla dizayn
  • Quraşdırma daxil
  • Link sonradan dəyişdirilə bilir

Fikriniz bizim üçün dəyərlidir

Telefonunuzu yaxınlaşdıraraq bizi dəyərləndirin

Yaxınlaşdırın

Skan edin

Powered by

Kafe Nur

Bizi qiymətləndirin

powered by

Google rəyi

Rəy dərc olundu

Tripadvisor rəyi

Rəy dərc olundu

Üç addım

Necə işləyir

Müştəri tərəfində tətbiq yükləmək, qeydiyyat və ya hesab yoxdur.

  1. 1

    Kartı yerinə qoyursunuz

    Masaüstü stend kassaya və ya masaya, stiker qapıya, kart isə əlaltına. Yeri siz seçirsiniz.

  2. 2

    Müştəri telefonu yaxınlaşdırır

    NFC işləməyən telefonlarda QR kod var, hər iki yol eyni səhifəyə aparır.

  3. 3

    Rəy pəncərəsi açılır

    Google, istəyinizə görə Tripadvisor. Müştəri birbaşa ulduz seçir, biznesi axtarmaq lazım deyil.

Bizi fərqləndirən xüsusiyyət

Mənfi rəylər Google-a düşmür

Müştəri əvvəlcə ulduz seçir. Yalnız razı qalanlar Google-a yönlənir, narazılıq isə axtarış nəticələrinə çıxmadan birbaşa sizə gəlir. Problemi müştəri getməmiş həll edirsiniz.

Instagram-da yaz

4–5 ulduz

Google-a (istəsəniz Tripadvisor-a da) yönlənir. Rəy dərhal dərc olunur.

1–3 ulduz

Google-a getmir. Şikayət mətni birbaşa şəxsi panelinizə düşür, yalnız siz görürsünüz.

Abunəsiz variantda bu filtr yoxdur. Bütün rəylər birbaşa Google-a gedir. Filtr PANEL və PRO planlarına daxildir.

Hara bağlayırıq

Google, Tripadvisor və menyunuz

Kartın üzərindəki ünvan sabit qalır, hədəfi biz təyin edirik. Sonradan fikrinizi dəyişsəniz, kartı yenidən çap etmək lazım deyil.

Google

Rəy birbaşa Google Maps profilinizə düşür. Axtaranda ilk görünən yer buradır, ona görə standart paketimiz Google üzərində qurulub.

Tripadvisor

Otel, restoran və turizm obyektləri üçün. İkisini birlikdə də qura bilərik: müştəri skan edəndə rəyi harada yazacağını özü seçir, biz isə hansına neçə keçid olduğunu ayrıca sayırıq.

Menyu

Restoranlar üçün: eyni daşıyıcı menyunuzu da aça bilər. QR menyuya aparsın, NFC rəyə. Və ya masada menyu, kassada rəy. Bölgüsünü siz deyirsiniz.

Daşıyıcılar

Məhsullar

Üçü də eyni sistemə bağlanır, biri kifayət edir, birlikdə də işləyir.

Palıd altlıqda dayanan akril NFC stendi

Masaüstü stend

Akril lövhə palıd altlıqda. Kassada, masada və ya qəbulda dayanır. NFC və QR birlikdə.

Kafe, klinika, mağaza

Kvadrat akril NFC kartı, üzərində QR kod və beş ulduz

Akril kart

Kvadrat format. NFC və QR yan-yana, QR kodun ortasında Google işarəsi. Ofisiant müştəriyə uzadır.

Restoran, kafe, salon

Yumru akril NFC stikeri

Dəyirmi stiker

Ən yığcam variant, yalnız NFC. Qapıya, vitrinə, güzgüyə və ya menyuya yapışdırılır.

Barbershop, avtoservis

Dizayn və qiymət üçün Instagram-da yazın, ölçü və sayı danışıb hazırlayırıq.

panel.5stars.click / sizin-biznes

Ümumi skan

1 248

Orta ulduz

4.7

Şikayət

14

5★
78%
4★
14%
1–3★
8%

Nümunə görüntü. Rəqəmlər təsviri xarakter daşıyır.

Şəxsi panel

Nə baş verdiyini görürsünüz

Sizə şəxsi bir link verilir. Açırsınız: skan sayı, ulduz bölgüsü və narazı müştərilərin yazdıqları qarşınızdadır. Proqram yükləmək, şifrə yaratmaq lazım deyil.

  • Ümumi skan sayı və tarixə görə dinamika
  • Ulduz bölgüsü, aşağı qiymətlər ayrıca görünür
  • Şəxsi rəylərin mətni: narazılığı müştəri getməmiş oxuyursunuz
  • Bir paneldə çox filial (PRO planında)

Nə üçün 5STARS

Kartı bir dəfə alırsınız

Sistem arxada işləyir, kartın üzərindəki ünvan sabit qalır, hədəf isə istənilən vaxt dəyişir.

Link dəyişəndə kart dəyişmir

Rəy linkiniz və ya filial ünvanınız dəyişsə, kartı yenidən çap etmək lazım deyil, biz sistemdə yeniləyirik, həmin kart yeni ünvana aparır.

Öz loqonuzla

Kart və stend sizin loqonuz, rənginiz və mətninizlə hazırlanır. Şablon görüntüsü yoxdur.

Quraşdırma bizdən

Kartları yazır, yerinə qoyur və telefonda birlikdə yoxlayırıq. Sizin tərəfdə heç bir texniki iş qalmır.

NFC və QR birlikdə

NFC-si olmayan və ya bağlı olan telefon QR-ı skan edir. Heç bir müştəri kənarda qalmır.

Planlar

Panel sizə lazımdır?

Məhsul hər halda işləyir. Plan yalnız panel və ulduz filtri üçündür, kartın dizaynı ilə əlaqəsi yoxdur.

Abunəsiz

0AZN

Kart birbaşa Google-a aparır. Panel və ulduz filtri yoxdur.

  • Bütün rəylər birbaşa Google-a gedir
  • NFC + QR, fərdi dizayn
Bu planla başla
Ən çox seçilən

PANEL

15AZN/ay

və ya 99 AZN/il

Yalnız yüksək ulduzlu rəylər Google-a yönləndirilir.

  • Ulduz filtri, pis rəy Google-a getmir
  • Şəxsi panel linki və statistika
  • Şikayət mətnləri sizə gəlir
  • 2 filialа qədər bir paneldə
Bu planla başla
Şəbəkə və restoranlar

PRO

29AZN/ay

və ya 249 AZN/il

Çox filiallı bizneslər və restoranlar üçün.

  • PANEL paketindəki hər şey
  • Bütün filiallar bir paneldə
  • TripAdvisor rejimi daxil
  • Məhsullarda endirim
Bu planla başla

İllik ödəniş 10 ay qiymətinədir, 2 ay hədiyyə. Planı istənilən vaxt yüksəldə bilərsiniz.

Kimlər üçün

Müştərisi olan hər biznes üçün

Google Maps və ya Tripadvisor-da səhifəniz varsa, sistem işləyir.

  • Kafe
  • Restoran
  • Klinika
  • Gözəllik salonu
  • Barbershop
  • Mağaza
  • Otel
  • Avtoservis
  • Diş klinikası
  • Fitness zalı

Qalereya

Kartlarımız iş başında

Müştərilərimizin məkanlarında çəkdiyimiz fotoları hazırlayırıq. Tezliklə bu bölmə real görüntülərlə dolacaq.

Tezliklə

Kassada

Tezliklə

Masada

Tezliklə

Qapıda

Tezliklə

Salon və klinikada

Fotolarınızı bizimlə paylaşın, sizi də bura əlavə edək.

Müştərilərimiz

Kartı işlədən bizneslər

Müştərilərimiz məsləhət üçün gəlir, minnətdarlığını bildirməyə vaxt tapmır. Kartı qəbulda qoyduq, indi görüş bitəndə bir toxunuşla rəy buraxırlar. Profilimiz canlanıb.
DDefscopeKibertəhlükəsizlik
Hər kurs bitəndə iştirakçılardan rəy istəmək bizə düşürdü, çoxu unudurdu. İndi sertifikat masasında kart var, kurs bitər-bitməz skan edib yazırlar. Bu qədər sürətli rəy axını ilk dəfə görürük.
DTDefscope TRDKibertəhlükəsizlik təlim mərkəzi
Müştəri ətrini seçib kassaya gələndə əhval-ruhiyyəsi yaxşı olur, rəy istəmək üçün elə ən doğru an budur. Kartı kassanın yanına qoyduq, əlavə söz demədən özləri uzadıb baxırlar.
SSSparfumƏtriyyat
Əvvəllər razı və narazı müştəri eyni yerdə qarışırdı. İndi ulduz filtri sayəsində ölçü və ya bəyənmə ilə bağlı kiçik narazılıqlar bizə gəlir, Google-a yalnız yaxşı təcrübə çıxır.
RRevaissanceGeyim
Hədiyyə üçün ətir alanlar adətən tələsik gedir, əvvəllər rəy istəmək əlavə söhbətə çevrilirdi. İndi ödəniş zamanı kart uzadılır, QR-ı özü oxudur. Bizdən heç bir izahat tələb etmir.
FPFeliz PerfumeƏtriyyat

Suallar

Tez-tez verilənlər

Müştəri tətbiq yükləməlidir?

Xeyr. NFC telefonun öz funksiyasıdır, kartı yaxınlaşdıranda brauzer özü açılır. QR üçün də kameradan başqa heç nə lazım deyil.

Hansı telefonlarda işləyir?

iPhone XR və sonrakı modellərdə NFC oxuma ekran kilidli olsa da işləyir. Android telefonlarının böyük hissəsində NFC var və aktivdir. NFC olmayan telefon QR kodu skan edir, kartın üzərində hər ikisi olur.

Rəy linkim dəyişsə kartı yenidən çap etməliyəm?

Xeyr. Kartın üzərindəki ünvan bizim sistemə baxır, sistem isə sizin rəy səhifənizə yönləndirir. Filial ünvanı və ya səhifə dəyişəndə biz hədəfi yeniləyirik, kart olduğu kimi qalır.

Neçə rəy gələcək?

Bunu heç kim dəqiq deyə bilməz, asılıdır ki, gündə neçə müştəriniz olur və kart hansı anda uzadılır. Sistemin işi rəy yazmağı bir toxunuşa endirməkdir; qərar müştərinin özündədir.

Müştəriyə endirim və ya hədiyyə vəd edə bilərəm?

Google qaydaları rəy müqabilində hədiyyə və ya endirim təklif etməyi qadağan edir, belə rəylər silinə bilər. Ona görə sistem yalnız rəy səhifəsini açır, müştəriyə heç nə vəd etmir.

Yalnız Google üçündür, yoxsa Tripadvisor da var?

Hər ikisi. Kart yalnız Google-a, yalnız Tripadvisor-a və ya hər ikisinə qurula bilər. Hər ikisi seçiləndə müştəri skan edəndə rəyi harada yazacağını özü seçir, biz isə hansına neçə keçid olduğunu ayrıca sayırıq.

Restoranıq, menyunu da bağlaya bilərsiniz?

Bəli. Kartın hədəfi istənilən ünvan ola bilər, o cümlədən rəqəmsal menyunuz. Bir daşıyıcıda QR menyunu, NFC isə rəy səhifəsini aça bilər; və ya masalarda menyu, kassada rəy qoyuruq. Menyu ünvanınız dəyişəndə kartı yenidən çap etmirsiniz, biz sistemdə yeniləyirik.

Neçə ədəddən sifariş qəbul edirsiniz?

Bir stenddən başlaya bilərsiniz. Filial sayı çoxdursa, hər filial üçün ayrı link qurulur ki, rəylər düzgün ünvana getsin.

Niyə aylıq ödəniş var, kartı bir dəfə almırdım?

Kart bir dəfə alınır və sizindir. Panel, ulduz filtri, şəxsi rəylərin toplanması və linkin idarə olunması isə hər gün arxada işləyən sistemdir. Buna görə abunə tələb olunur. Abunə istəməyənlər üçün Abunəsiz variant var: kart yenə işləyir, sadəcə panel və filtr olmadan.

Rəy yazmağı bir toxunuşa endirək

Instagram-da yazın, biznesinizə hansı daşıyıcının uyğun olduğunu birlikdə seçək, dizaynı hazırlayaq.